“Kreml İranın müdafiə obyektlərinə edilən hücumları pisləyir”.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya xüsusi xidmət orqanları baş verənlərlə bağlı tam təsəvvürə malik olmaq üçün daxil olan məlumatları təhlil edir.
“Suveren dövlətə qarşı yönəlmiş bu cür hərəkətləri yalnız qınamaq olar”, – Kreml sözçüsü vurğulayıb.
“The Wall Street Journal” öz mənbələrinə istinadən yazıb ki, İran Müdafiə Nazirliyinin İsfahan şəhərindəki hərbi zavoduna gözlənilməz dron hücumu İsrail tərəfindən həyata keçirilib. Məqsəd hərbi və nüvə sferasında iddialı olan Tehranı çəkindirmək olub.
Azpost.info
