Kreml Kadırovun Fələstinə dəstək bəyanatını şərh edib

Kremlin sözçüsü Dmitri Peskov Çeçenistan lideri Ramzan Kadırovun İsraillə münaqişədə Fələstini dəstəkləməsi ilə bağlı bəyanatını şərh edib.

Azpost.info xəbər verir ki, Peskov bildirib ki, Rusiyanın hər iki tərəflə əlaqələri var.

“Rusiyanın fələstinlilərlə qədimdən əlaqələri var, lakin çoxlu həmvətənlərinin olduğu İsraillə də əlaqələr var.  Moskva Fələstinlə əlaqə saxlayır və əsir düşənlər arasında rusların olub-olmadığını araşdırır”, – Peskov deyib.

Azpost.info

Əvvəlki məqalə

TuranBank Mərkəzi Bank tərəfindən investisiya pul nişanları üzrə satış agenti seçilib

Sonrakı məqalə

BVF Azərbaycanın inflyasiya proqnozunu yaxşılaşdırıb