“Kreml NATO-nun Qafqazdakı təmaslarını diqqətlə izləyir”- PESKOV

Kreml NATO-nun Qafqazdakı təmaslarını diqqətlə izləyir və Şimali Atlantika Alyansının regionda möhkəmlənmək cəhdlərinin qeyri-sabitlik gətirəcəyinə inanır.

Azpsot.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Martın 17-də Azərbaycanda, martın 18-də Gürcüstanda olan NATO Baş katibi Yens Stoltenberq bu gün də Ermənistana gedib.

“Əlbəttə, yaxından izləyirik, lakin biz əsasən ikitərəfli münasibətlərimizə və ölkəmizin region ölkələri ilə olan əməkdaşlıq alətlərinə diqqət yetirmək niyyətindəyik”, – Peskov bildirib.

Eyni zamanda o qeyd edib ki, NATO ilə təmaslar Cənubi Qafqaz dövlətlərinin suveren hüququdur.

Azpsot.info

Əvvəlki məqalə

Estoniya Rusiya səfirliyinin əməkdaşını ölkədən qovub

Sonrakı məqalə

Aqil Qurbanov “Azərsilah”ın Müşahidə Şurasının sədri təyin edilib