Kreml Putinin keçmiş arvadının villasının müsadirə edilməsinə münasibət bildirdi

Fransa hakimiyyətinin Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnayanın villasını müsadirə etmək qərarı qanuni çərçivədən kənara çıxır.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Xüsusi mülkiyyətə hər hansı qəsd qanunsuzdur. Fransa hakimiyyəti öz hüquq sisteminin əsaslarını sarsıdır. Biz bunu bir neçə dəfə demişik”, – Peskov vurğulayıb.

Putinin keçmiş həyat yoldaşının yeni əri, 46 yaşlı iş adamı Artur Oçeretnının adına qeydiyyatda olan villa Paris prokurorluğunun mütəşəkkil cinayətkarlıqla mübarizə aparan əməkdaşları tərəfindən aparılan axtarışdan sonra müsadirə edilib.

Azpost.info

Əvvəlki məqalə

Rusiya sanksiyalardan yayınmaq üçün 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

Sonrakı məqalə

Qaraciyər sirrozunun müalicəsinə kömək edəcək muncuqlar hazırlanıb