“Yeni siyasi blokların yaranması dünyada gərgin vəziyyətin aradan qalxmasına səbəb olmayacaq”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Yeni blokların yaradılması, şübhəsiz ki, sabitliyə töhfə verməyəcək və indi yaşadığımız gərgin vəziyyəti yumşaltmayacaq”, – Peskov deyib.
“Reuters” Britaniya Baş naziri Liz Tras və Fransa prezidenti Emmanuel Makronun Rusiya və Çinə qarşı yeni alyans yaradacaqları barədə yazıb. Alyansın yaradılmasında məqsəd Avropa İttifaqına üzvlüklə bağlı səbrini itirən namizəd ölkələri birləşdirmək və bununla da Rusiya və Çinin Avropanın cənub və şərq kənarlarında nüfuz qazanmaq cəhdlərinə qarşı çıxmaqdır.
Azpost.info
