“Kreml sərhəd gərginliyi ilə bağlı Ermənistan və Azərbaycanla işləyir” –PUTİNİN MƏTBUAT KATİBİ

“Kreml Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin fərqindədir və tərəflərlə işləyir.”

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Dünən Ermənistan-Azərbaycan sərhədində gərginlik yaşandığını bilirik. Və bilirsiniz ki, Rusiya nümayəndələri atəşkəsin bərpası üçün çox səy göstəriblər. Bu istiqamətdə iş davam edir”, – Dmitri Peskov deyib.

O əlavə edib ki, Rusiya üçtərəfli sazişlərin tam icrasını təmin etmək üçün İrəvan və Bakı ilə təmaslarını davam etdirir.

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Rusiya hərbçilərinin Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi təklifi ilə bağlı jurnalistlərin sualına cavab olaraq Dmitri Peskov bildirib ki, İrəvanla təmaslar davam edir. “Başqa əlavə edəcəyim bir şey yoxdur”, -deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

APA TV-nin rəhbəri Cavid İsmayıl vəzifəsindən istefa verib

Sonrakı məqalə

“Güzəşt və imtiyazlar əldə edəcək hərəkətlərə yol verməyəcəyik” –