Kreml iyulun 24-də Moskvaya dron hücumlarından sonra müdafiəni gücləndirmək üçün əlavə tədbirlər görmək fikrində deyil.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri artıq hazırlıq vəziyyətindədir.
Jurnalistlərin prezidentdən əlavə göstərişlərə ehtiyac olması ilə bağlı sualına Peskov mənfi cavab verib: “Bölgələrimizin təhlükəsizliyinin təmin edilməsində iştirak edən hər kəs, hamısı ayıq-sayıqdır. Hamı tədbir görür”.
Jurnalistlər Peskova Moskvaya əvvəlki dron hücumunu xatırladıblar. Həmin vaxt prezident Putin hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi barədə göstəriş vermişdi.
“Bu, daha çox müvafiq departamenti – Müdafiə Nazirliyini maraqlandıran sualdır. Müdafiə sisteminin daha da inkişafı və hava hücumundan müdafiənin təkmilləşdirilməsi ilə bağlı suallar birbaşa Müdafiə Nazirliyinə ünvanlanmalıdır”, – Peskov cavab verib.
Kremlin sözçüsü Moskvaya hücum edən hər iki pilotsuz təyyarənin zərərsizləşdirildiyini təsdiqləyib və bildirib ki, bu, hüquq-mühafizə orqanlarının işindən xəbər verir.
Azpost.info
