Kremldən Papanın ağ bayraq qaldırmaqla bağlı təklifinə- REAKSİYA

“Roma Papasının Kiyevin ağ bayraq qaldırması zərurəti ilə bağlı dediyi sözlərdə daha geniş kontekst var. Pontifik danışıqların lehinə danışıb”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Prezident Putin dəfələrlə Rusiyanın problemləri danışıqlar yolu ilə həll etməyə hazır olmasından danışıb və bu, üstünlük verilən yoldur. Danışıqlarla bağlı təkliflər bu yaxınlarda Kiyev rejiminin tamamilə sərt təpkisi ilə qarşılaşıb. Kiyev Rusiyanı qaçılmaz strateji məğlubiyyətə düçar etməyə ümid edən bir çox Avropa ölkələrinin vədlərindən özünə dəstək alır. Lakin belə bir qiymətləndirmə ən dərin aldanma, ən dərin səhvdir”, – Peskov bildirib.

Roma Papasının təklifi Ukrayna xarici işlər naziri Dmitri Kuleba tərəfindən tənqid edilib. Onun sözlərinə görə, ölkənin yalnız bir bayrağı var – mavi və sarı, başqa bayraqlar qaldırılmayacaq. O, Vatikanı Ukraynaya kömək etməyə və keçmişin səhvlərini təkrarlamamağa çağırıb.

Vatikanın sözçüsü Matteo Bruni isə sonradan bəyan edib ki, Papa məlum açıqlamasında kapitulyasiyanı deyil, atəşkəsi nəzərdə tutub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.