“Kremldə heç kim “Krokus” terrorunda “Ukrayna izinə” inanmır”- “Bloomberg”

“Kremldə və Rusiya elitasında heç kim “Krokus Siti Holl”da baş verən terror aktı ilə bağlı “Ukrayna izinə” inanmır”.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” Rusiya hakimiyyətinə yaxın mənbələrə istinadən yazıb.

“Putin özü bilir ki, Kiyevin iştirakına dair heç bir sübut yoxdur. O, rəsmilərin bu qənaətə gəldiyi müzakirələrdə şəxsən iştirak edib. Buna baxmayaraq, Putin faciədən istifadə edərək rusları Ukraynadakı müharibə ətrafında birləşməyə məcbur etmək niyyətindədir”, – mənbə deyib.

Putin “Krokus” terroru ilə bağlı vətəndaşlara müraciətində terrorçularla Ukrayna arasında əlaqənin olduğunu bildirdi. Rusiya prezidentinin sözlərinə görə, təqiblərdən qaçanlar üçün sərhəddə “pəncərə” təşkil edilib. Daha sonra Putinin versiyasını FTX rəhbəri Aleksandr Bortnikov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də təkrarladılar.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycan millisi Ermənistana getməkdən imtina edib

Sonrakı məqalə

DİM aprelin 7-də imtahan verəcək şagirdlərə müraciət edib