“Rusiya prezidenti Vladimir Putin Krımı ələ keçirmək cəhdinə cavab olaraq nüvə silahından istifadə edə bilər”.
Azpost.info xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazır.
“Krımın qorunub saxlanması Putin üçün o qədər dəyərlidir ki, əgər yarımadanın onun əlindən qaçdığını hiss etsə, taktiki nüvə silahından istifadəyə əl ata bilər”, – qəzet qeyd edir.
Bir müddət əvvəl Britaniyanın “Daily Mail” qəzeti yazmışdı ki, Rusiya “Yars” raket kompleksini yerləşdirəndə Qərbə siqnal göndərib. Nəşr hesab edir ki, strateji silahların nümayişi nüvə təhlükəsindən xəbər verir.
Azpost.info
