Kriştiano Ronaldo Avropa çempionatlarında yeni rekorda imza atıb

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo Avropa çempionatlarında daha bir rekorda imza atıb.

39 yaşlı hücumçunun ilk dəfə çıxış etdiyi Avro-2004-dəki birinci oyunu ilə Avro-2024-dəki son matçı arasında 20 il 14 gün fərq var.

Ulduz futbolçu bu göstərici ilə Almaniya yığmasının əfsanəvi oyunçusu Lotar Matteusu (20 il 6 gün) geridə qoyub. Onları digər portuqaliyalı Pepe və xorvatiyalı Luka Modriç izləyirlər. Həmin futbolçularda bu fərq 16 ilə yaxındır.

Qeyd edək ki, Portuqaliya seçməsi turnirdə mübarizəni davam etdirdikcə, Kriştiano Ronaldo öz rekordunu daha da yaxşılaşdıracaq(azərtac).

Əvvəlki məqalə

BMT Baş katibi COP29-da iştirak etmək üçün Bakıya gələcək

Sonrakı məqalə

Bu tarixdə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək