Kriştianu Ronaldu Yaxın Şərqin ən yaxşı futbolçusu seçilib

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”in futbolçusu Kriştianu Ronaldu Yaxın Şərqin ən yaxşı futbolçusu seçilib.

O, 2024-cü il üçün “Globe Soccer” mükafatına layiq görülüb.

39 yaşlı forvard Riyad Mahrez (“Əl-Əhli”), Sergey Milinkoviç-Saviç, Salem Əl-Dosari (hər ikisi “Əl-Hiləl”) və Sufyan Rahimini (“Əl-Əyn”) qabaqlayıb.

Qeyd edək ki, Ronaldu ötən il də Yaxın Şərqin ən yaxşı futbolçusu olmuşdu.

Əvvəlki məqalə

Təqaüdçü polis maşınına “molotov kokteyli” atdı

Sonrakı məqalə

“Özünü qurban verdin, günahkarları tapdın”