“Krokus” terrorunda ölən uşaqların sayı artıb

Moskva yaxınlığındakı “Krokus Siti” konsert zalında törədilən terror aktı nəticəsində ölən uşaqların sayı 6-ya çatıb.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belova deyib.

Onun sözlərinə görə, uşaqlar arasında yeddi yaralı var ki, onlardan ikisinin vəziyyəti ağırdır.

Son məlumatlara görə, faciə qurbanlarının ümumi sayı 144 nəfərdir.

“Hazırda altı uşağın öldüyü, yeddisinin yaralandığı barədə məlumatımız var. İki nəfər artıq evdə, beş nəfər xəstəxanada müalicə olunur: ikisinin vəziyyəti ağır, üç nəfərin vəziyyəti orta ağırdır”, – Lvova-Belova bildirib.

Azpost.info

Əvvəlki məqalə

Neft Fondu mart ayında nə qədər dollar satıb?

Sonrakı məqalə

Bazarlara çıxarılan heyvanlar xüsusi sistemlə izləniləcək