Kruiz gəmiləri son iki həftədə Çində olmuş sərnişinləri qəbul etməyəcək

03 Fevral 2020 - 16:30

Beynəlxalq Kruiz Xətləri Assosiasiyası (CLIA) kruiz laynerlərinin son 14 gündə Çinə səyahət etmiş sərnişinləri qəbul etməyəcəyini açıqlayıb.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, yeni qaydalar yanvarın 31-dən qüvvəyə minib.

Məhdudiyyətlər Çində 360-dan çox insanın ölümünə səbəb olan yeni növ koronavirusun yayılması səbəbindən tətbiq olunub.

Qeyd edək ki, CLIA 60-dan çox şirkəti, o cümlədən “American Cruise Lines”, “Costa Cruises”, “Disney Cruise Line”, “Oceania Cruises”, “Regent Seven Seas Cruises”, “Royal Caribbean International”, “TUI Cruises” kimi məşhur şirkətləri özündə birləşdirir.