“KTMT-nin potensialını və nüfuzunu gücləndirməyə hazırıq”- Qırğızıstan rəsmisi

Qırğızıstan KTMT-nin nüfuzunun və potensialının gücləndirilməsinə yönələn işləri davam etdirmək niyyətindədir.

Azpost.info xəbər verir ki, bunu Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov KTMT Baş katibi İmanqali Tasmaqambetovla görüşündə deyib.

“İmankulov Qırğızıstanın səlahiyyətli orqanlarının əvvəlki kimi, konstruktiv işləməyə və KTMT-nin potensialının və nüfuzunun gücləndirilməsinə fəal töhfə verməyə hazır olduğunu bildirib”, – Qırğızıstan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

Tərəflər KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin əvvəllər qəbul etdiyi qərarların icrasını və 2023-cü il üçün nəzərdə tutulan fəaliyyətləri müzakirə ediblər. Bundan başqa, mövcud və yeni çağırış və təhdidlərə effektiv cavab tədbirləri kontekstində regional təhlükəsizliyin təmin edilməsi, eləcə də beynəlxalq gündəmdə olan cari hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Azpost.info

Əvvəlki məqalə

Rusiya Azərbaycan ərazisində gömrük orqanının yaradılmasını təklif edib

Sonrakı məqalə

Paşinyan Xankəndini Azərbaycanla inteqrasiyaya çağırıb