“KTMT üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi”- PAŞİNYAN

Ermənistan Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2021-2022-ci illər ərzində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirib.

Azpsot.info xəbər verir ki, o əlavə edib ki, bundan sonra İrəvan təşkilatda iştirakını dayandırıb.

Paşinyanın sözlərinə görə, Ermənistan KTMT danışıqlarında iştirakını 2023-cü ilin sentyabrından dayandırıb və ölkənin təşkilatda daimi nümayəndəsi yoxdur.

O qeyd edib ki, İrəvan KTMT qərarlarına veto qoymur.

“Ermənistan bütün tərəfdaşları ilə qarşılıqlı faydalı əlaqələr qurmaq və inkişaf etdirmək üçün açıqdır və regionda sabit və davamlı sülhün bərqərar olması ilə bağlı aydın mövqeyə malikdir. Bu məqsədlə biz təhlükəsizlik məsələləri ilə bağlı əlaqələrimizi şaxələndiririk”, – Paşinyan bildirib.

Azpsot.info

 

Əvvəlki məqalə

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Sonrakı məqalə

Qarabağ bölgəsində ermənilərə məxsus növbəti dayaq məntəqəsi aşkarlanıb