Külək gecəyə doğru səngiyəcək –Umayra Tağıyeva

Bu gün müşahidə edilən küləkli hava şəraiti Bakı üçün səciyyəvidir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O qeyd edib ki, Qara dənizdən Zaqafqaziyaya doğru uzanan antisiklon küləyin güclənməsinə səbəb olub: “Hazırda Bakıda və Abşeron yarımadasında şimal küləyinin 20- 27 m/s-dək güclənməsi müşahidə edilir. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,5 metrdir. Avtomat monitorinq stansiyalardan əldə olunan məlumata görə, küləkli hava şəraiti nəticəsində havada tozun miqdarı normadan 1,8 dəfə artıqdır. Gün ərzində küləkli hava şəraiti davam etsə də, axşam və gecəyə doğru külək səngiyəcək, bu da havada olan tozun azalmasına səbəb olacaq”.

U.Tağıyeva bildirib ki, yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında 8-13 m/s, arabir 15-18 m/s şimal istiqamətli küləyin üstünlüyü gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“O, mənim qızım yerindədir” –

Sonrakı məqalə

“Cənab Baydenin yuxudan oyanması lazımdır” –