Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Kuleba ABŞ prezidentindən Kiyevə hava hücumundan müdafiə avadanlığı və artilleriya sursatlarının tədarükü də daxil olmaqla yardımın davam etdirilməsini istəyib.
Tərəflər ABŞ-dan Ukraynaya çox ehtiyac duyulan dəstək paketini təsdiq etməyin gələcək yollarını da müzakirə ediblər. Həmçinin NATO-nun Vaşinqton sammitinin gözlənilən nəticələri barədə fikir mübadiləsi aparıblar.
Azpost.info