Kürdə 3 nəfər batıb

10 İyul 2020 - 16:54

Zərdabda 3 nəfər Kürdə batıb.

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gün Kür çayının Zərdabın Burunlu kəndindən keçən hissəsində ailələri ilə birlikdə istirahət edən Gədəbəy sakinləri – 1990-cı il təvəllüdlü Cavid Arzu oğlu Yusifov, 2005-ci il təvəllüdlü Rahil Mahir oğlu Hüseynov və 2007-ci il təvəllüdlü Nahidə Rəşadət qızı İsmayılova çayda batıblar.

Məlumata görə, N. İsmayılova batan kiçik qardaşını xilas etmək istəyərkən boğulub. N. İsmayılovanın meyiti tapılaraq sudan çıxarılıb. Digər 2 nəfərin axtarışları davam etdirilir.