Kürdəmirdə ananın meyiti su quyusundan, oğlunun meyiti evdən tapılıb

- VİDEO
22 Fevral 2020 - 14:07

Kürdəmirdə ana və oğlunun meyiti tapılıb.

Hadisə rayonun Şüşün kəndində qeydə alınıb. Kənd sakini, 1977-ci il təvəllüdlü Leyla Cavanşir qızı Qənbərovanın meyiti həyətdəki su quyusundan, onun övladı Hilal Orxan oğlu Qənbərovun meyiti isə evdə aşkar edilib(apa).

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Meyitlər müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.