Kürdəmirdə ananın meyiti su quyusundan, oğlunun meyiti evdən tapılıb- VİDEO

Kürdəmirdə ana və oğlunun meyiti tapılıb.

Hadisə rayonun Şüşün kəndində qeydə alınıb. Kənd sakini, 1977-ci il təvəllüdlü Leyla Cavanşir qızı Qənbərovanın meyiti həyətdəki su quyusundan, onun övladı Hilal Orxan oğlu Qənbərovun meyiti isə evdə aşkar edilib(apa).

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Meyitlər müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Zeytun” aptekdə soyğunçuluq:

Sonrakı məqalə

Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan hərbçi dəfn edilib