Kürdə bacı və qardaşının boğulması faktı ilə bağlı cinayət işi başlanılıb

Sabirabadda Kür çayında bacı və qardaşının boğulması faktı ilə bağlı cinayət işi başlanılıb.

Aprelin 9-da rayon sakinləri 2000-ci il təvəllüdlü Məryəm Hüseynli və qardaşı 2016-ci il təvəllüdlü Hüseyn Hüseynlinin Kür çayında boğulublar.

Aprelin 10-da M. Hüseynlinin, aprelin 14-də H. Hüseynlinin meyiti Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən aşkar edilərək tapılıb.

İlkin araşdırmalarla bacı və qardaşın ehtiyatsızlıqdan Kürə yıxılaraq düşərək boğulması müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğundan ilkin olaraq Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan neftinin qiyməti 66 dollara yaxınlaşır

Sonrakı məqalə

Yaponiyada pişik polis rəisi təyin olunub –