Yaponiyada pişik polis rəisi təyin olunub –FOTO

Yaponiyanın Toyama prefekturasında pişik bir günlük yerli polis şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Bildirilir ki, Koko adlı pişiyin bu vəzifəyə təyin olunması heç də elə-belə baş verməyib. Bir il əvvəl onun köməyi nəticəsində yaşlı kişi xilas edilib. Həmin kişi su axınına düşüb. Qocaya kömək etmək üçün Koko suyun kənarında oturaraq fasiləsiz şəkildə gözlərini ora dikib və bu, onun sahibəsinin diqqətini cəlb edib. Sahibənin yardıma çağırdığı insanlar qocanı xilas ediblər.

Bu şəxsi xilas etməyə kömək göstərdiyinə görə Koko hüquq-mühafizə orqanları tərəfindən fəxri fərmanla mükafatlandırılıb. Onun üçün xüsusi polis forması tikilib və balaca papaq düzəldilib.

Koko cəmi bir gün polis rəisi vəzifəsini icra edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kürdə bacı və qardaşının boğulması faktı ilə bağlı cinayət işi başlanılıb

Sonrakı məqalə

Balakəndə quldurluq edən şəxsin başqa cinayətləri də üzə çıxıb