Küveyt altı ildən sonra İrana səfir təyin edib.
Azpost.info XİN-rəsmi saytına istinadən bildirir ki, yeni səfir Bader Abdulla əl-Munaix etimadnaməsini İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyana təqdim edib.
Küveyt 2016-cı ildə İranda etirazçıların Səudiyyə Ərəbistanının səfirliyinə etdiyi hucumdan sonra Əl-Riyada dəstək olaraq səfirini geri çağırmışdı.
Küveyt XİN-i məlumatı təsdiqləyib.
2016-cı ildə Səudiyyədə şiə din xadiminin edam olunması etiraz aksiyaları ilə müşaiyət olunub.
İranda səfirliyə hucumdan sonra ərəb ölkələri Səudiyyəyə dəstək olaraq Tehranla diplomatik əlaqələrini məhdudlaşdırıblar. Küveyt də səfirini geri çağırmışdı.
Hazırkı addım onu göstərir ki, Səudiyyə Krallığı İranla əlaqələrin yaxşılaşdırılması üstündə çalışır.
Ötən il Səudiyyə İranla birbaşa danışıqlara başlayıb.
