Küveyt İranın raket və PUA-larının hücumuna məruz qaldığını bildirib

Küveyt ordusu ölkənin hava hücumundan müdafiə sistemlərinin İranın yeni raket və pilotsuz uçuş aparatları hücumunun qarşısını almağa çalışdığını açıqlayıb.

Bu barədə Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı “X” səhifəsində məlumat yayıb.

Bildirilir ki, eşidilən partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin düşmənin hücumlarını dəf etməsi ilə əlaqədardır.

“Hər kəsdən səlahiyyətli dövlət qurumlarının verdiyi təhlükəsizlik göstərişlərinə ciddi əməl etməsi xahiş olunur”, – bəyanatda bildirilir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.