KXCP sədri Mirmahmud Mirəlioğlu Prezidenti təbrik etdi –"İlham Əliyev seçildi!"

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi seçkilərdə qələbəsi münasibəti ilə təbrik edib.

Bu barədə siyasətçi Feysbuk hesabında paylaşım edib. Paylaşımda deyilir:

“ŞUŞA işğaldan azad olunan gün təbrikə gecikdim. Günün son dəqiqələrində təbrik etdim.

Ordumuzu, əsgərimizi, Ali Baş Komandanı.

XANKƏNDİNDƏ BAYRAĞIMIZ ucalanda təbrik etdim.

ALLAH ŞƏHİDLƏRİMİZİN QİSASLARINI almaqla RUHLARINI Şad etməyi nəsibimiz etsin.

ALLAH QAZİLƏRİMİZƏ Şəfa versin.

Ordumuz Müzəffər, Əsgərimiz Qalib OLsun.

AMİN!

7 fevralda azad edilmiş ərazilərdə seçkilər keçirildi, arzular gerçəkləşdi.

İlham Əliyev prezident seçildi.

İlham Əliyevin andiçmə mərasimində, əhatəli, möhtəşəm çıxışını da, gec təqdim etdilər.

Bütün bunlara görə, İlham Əliyevi təbrik edirəm!

Millətimizə, Dövlətimizə, Türk Dünyasına xeyirli – uğurlu olsun”.

Əvvəlki məqalə

Prezident İlham Əliyev ilə Türkiyənin XİN rəhbəri ilə Münxendə görüşüb

Sonrakı məqalə

Avropa İttifaqının rəhbərləri Navalnının ölümü ilə bağlı bəyanat yayıb