Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran şəhərinin, Darquba kəndində 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Lənkəran şəhərinin Darquba kəndində süni göldə batan 2003-cü il təvəllüdlü Əliyev Elşad Tofiq oğlunun axtarışları başa çatıb.
E.Əlyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.