Lənkəranda 17 yaşlı oğlan süni göldə batıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran şəhərinin, Darquba kəndində 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub. 

Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Lənkəran şəhərinin Darquba kəndində süni göldə batan 2003-cü il təvəllüdlü Əliyev Elşad Tofiq oğlunun axtarışları başa çatıb.

E.Əlyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 155 nəfər COVID-19-a yoluxub –

Sonrakı məqalə

Reanimasiyada 117 koronavirus xəstəsi var –