Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Lənkəran-Boradigah yolunun Veravul kəndindən keçən hissəsində qeydə alınıb.
Rayonun Separadi kənd sakini, 1987-ci il təvəllüdlü Hünər Ərəstun oğlu Rzayev idarə etdiyi 42-BR-872 dövlət qeydiyyat nişanlı “VAZ-2104” markalı avtomobil ilə Veravul kənd sakini, 1930-cu il təvəllüdlü Fərman Feyzi oğlu Qurbanovu vurub.
Çoxsaylı sınıq xəsarətləri alan yaralını sürücü özü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, piyadanın həyatını xilas etmək mümkün olmayıb. (APA)
Faktla bağlı araşdırma aparılır.