Lənkəranda avtomobil 90 yaşlı kişini vurub –Ağsaqqalı xilas etmək mümkün olmayıb (FOTO)

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Lənkəran-Boradigah yolunun Veravul kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Separadi kənd sakini, 1987-ci il təvəllüdlü Hünər Ərəstun oğlu Rzayev idarə etdiyi 42-BR-872 dövlət qeydiyyat nişanlı “VAZ-2104” markalı avtomobil ilə Veravul kənd sakini, 1930-cu il təvəllüdlü Fərman Feyzi oğlu Qurbanovu vurub.

Çoxsaylı sınıq xəsarətləri alan yaralını sürücü özü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, piyadanın həyatını xilas etmək mümkün olmayıb. (APA)

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev “Abşeron” yatağında təməlqoyma mərasimində iştirak edib

Sonrakı məqalə

“Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir” –