Lənkəranda avtomobil yeniyetməni vuraraq öldürüb

27 Noyabr 2019 - 22:31

Lənkəran rayonunda piyadanın vurulması ilə nəticələnən qəza hadisəsi baş verib.

hadisə rayonun Girdəni kəndində baş verib.

Lənkəran-Boradigah yolunda “Hyundai” markalı avtomobili idarə edən Fuad Səməd oğlu Bədəlov yolu keçmək istəyən kənd sakini, 2005-ci il təvəllüdlü Yunis Mirdavud oğlu Quliyevi vurub.

Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Y.Quliyev aldığı ciddi xəsarətlərdən qısa müddətdə dünyasını dəyişib.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.