Lənkəranda balıqçılar dənizdə itkin düşüb, axtarış davam edir

Yanvarın 13-də Lənkəran şəhəri şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində 2 nəfər balıqçının itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında axtarışlar davam etdirilir.

AzPost xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Hazırda itkin düşdüyü ehtimal edilən vətəndaşlar – 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir. Əlavə məlumat veriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.