Lənkəranda yanacaqdoldurma məntəqəsinə basqın olub –

Xəsarət alan var
07 Oktyabr 2021 - 11:02

Lənkəranda yanacaqdoldurma məntəqəsinə basqın olub.

Rayonun Girdəni kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə naməlum şəxslər basqın edib. Belə ki, qarət məqsədilə küt alətlərlə məntəqənin əməkdaşlarına edilən hücum nəticəsində 1983-cü il təvəllüdlü Amid Şakir oğlu Kərimov bədən xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyata götürülüb.

Hazırda hadisəni törədən şəxslərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.(APA)