Lənkəranda yanacaqdoldurma məntəqəsinə basqın olub –Xəsarət alan var

Lənkəranda yanacaqdoldurma məntəqəsinə basqın olub.

Rayonun Girdəni kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə naməlum şəxslər basqın edib. Belə ki, qarət məqsədilə küt alətlərlə məntəqənin əməkdaşlarına edilən hücum nəticəsində 1983-cü il təvəllüdlü Amid Şakir oğlu Kərimov bədən xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyata götürülüb.

Hazırda hadisəni törədən şəxslərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müxalifət və iqtidaryönlü partiyaların Şuşaya səfəri başlayıb

Sonrakı məqalə

Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşə bilər –