Lənkəranda 36 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqla öldürüldü

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Şağlaser kəndində qeydə alınıb. Kənd sakini Hacıağa Əbilov münaqişə zəminində həmkəndlisi, 1984-cü il təvəllüdlü Vüqar Ağayevi kürək və boğaz nahiyyəsindən bıçaqlayıb.

V. Ağayev xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub. Hadisəni törətməkdə şübhəli bilinən H. Əbilov saxlanılıb.

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin iclası başlayıb

Sonrakı məqalə

Gürcüstan erməniləri Tbilisi ilə Bakının münasibətlərini korlamağa cəhd edir –