Milli Məclisin iclası başlayıb

Milli Məclisin növbəti plenar iclası başlayıb.

Gündəliyə 28 məsələ daxil edilib.

İclasın gündəliyində İnsan Hüquqları komitəsində Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatı da var.

Bundan başqa, aşağıdakı məsələlər də plenar iclasda birinci oxunuşda müzakirə ediləcək:

– “Azərbaycan Respublikasının Torpaq icarəsi haqqında və dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi;

– “Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanununun tətbiqi haqqında əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihəsi;

– “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi

– “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında” qanunlarda və Torpaq Məcəlləsində dəyişiklik edilməsi ilə barədə” qanun layihəsi;

– “Elm haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi;

– “Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi;

– “Elm haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi;

– “Mülki Məcəllədə və “Sığorta fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi;

– “Nəqliyyat haqqında”, “Aviasiya haqqında”, “Avtomobil Nəqliyyatı haqqında “ və “Dəniz limanları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi;

– “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili, xüsusi təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında” və “Ümumitəhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi;

– “Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Müflisləşmə və iflas haqqında” , “Banklar haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi;

– “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi;

– “Cinayət Prosessual Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi;

– “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında” və “Ətraf mühitə dair informasiya alma haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi;

– “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi;

– “Mülki Məcəllədə və Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsi;

– Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında.

Gündəliyə daxil edilən 10 məsələ isə ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lerikdə icra hakimiyyətinin baş məsləhətçisi özünü öldürdü, cinayət işi açıldı

Sonrakı məqalə

Lənkəranda 36 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqla öldürüldü