Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Lənkəranda müharibə veteranlarının hüquqi maarifləndirilməsinə dair tədbir keçirilib

User 08 Sentyabr 2025 - 08:00 (Last updated: 08 Sentyabr 2025 - 11:21)
len01

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Müharibə veteranlarının hüquqi maarifləndirilməsi” layihəsi çərçivəsində bir qrup müharibə iştirakçıları ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, Lənkəran şəhər Veteranlar Klubunda baş tutan tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Görüşdə AVMVİB sədrinin birinci müavini, layihə rəhbəri Vahid Abdurəhmanov, AVMVİB NTK sədri Niyazi Quliyev, Humanitar şöbənin müdiri Əhli Həbiyev, Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov, Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev, müharibə veteranları və qazilər iştirak edirdilər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin birinci müavini, layihə rəhbəri Vahid Abdurəhmanov tədbir iştirakçılarını məlumatlandıraraq bildirdi ki, layihənin əsas məqsədi torpaqlarımızın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı mərdliklə döyüşmüş I və II Qarabağ müharibəsində iştirak etmiş veteranların hüquqi maarifləndiriməsi, onların yerlərdə üzləşdikləri sosial problemlər və onların həlli yollarının araşdırılması, eləcə də layihə çərçivəsində ehtiyacı olan müharibə veteranlarına hüquqi yardımlar göstərmək və onlara dəstək olmaqdan ibarətdir.

Çıxış edən Niyazi Quliyev bildirdiki, məqsədimiz müharibə veteranlarının üzləşdikləri sosial və hüquqi problemlərin öyrənilməsi, onların həllinə dəstək göstərilməsi, ehtiyacı olanlara isə birbaşa hüquqi yardımın təşkil edilməsidir.

Humanitar şöbənin müdiri Əhli Həbiyev çıxış edərək bildirdi ki, biz müharibə veteranlarını hüquqi cəhətdən maarifləndirmək, problemlərin həllində onlara yardımçı olmaq, veteranların birgə səyilə problemləri üzə çıxarmağın yollarını araşdırmağı qarşıya məqsəd kimi qoymuşuq.

Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov çıxış edərək bildirdi ki, bu günə kimi veteran vəsiqəsi ala bilməyən keçmiş döyüşçülərə veteran vəsiqəsinin alınması üçün lazımi sənədlərin toplanılmasında köməkliklər göstəriləcək. O, bu şəraiti yaratdıqlarına görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə  Lənkəran veteranları adından öz minnətdarlığını çatdırdı.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkildi.

AzPost.az

Post navigation

Previous: 60 yaşdan yuxarı insanlar nə yeməlidir? –
Next: Sahibkarlara marketinq dəstəyi göstərilib

Oxşar xəbərlər

ilham aliyev
  • Sosial

Prezident Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olub

User 04 Noyabr 2026 - 12:45
tehsil
  • Sosial

2027-ci ildə təhsilə 5,1 milyard manat ayrılır – Məktəblərə və universitetlərə nə qədər vəsait gedəcək?

User 04 Noyabr 2026 - 11:30
korpeler
  • Sosial

Azərbaycanda 10 ayda 72 min uşaq doğulub – Oğlanlar, yoxsa qızlar çoxdur?

User 04 Noyabr 2026 - 10:52

xƏBƏR

ilham aliyev
  • Sosial

Prezident Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olub

User 04 Noyabr 2026 - 12:45
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 4-də Bakı Ekspo...
Read more about Prezident Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olub
ABŞ İranı vurmağa hazırlaşır: CENTCOM zərbə planı hazırladı – Hücum nə vaxt olacaq? abs iran savas
  • Dünya

ABŞ İranı vurmağa hazırlaşır: CENTCOM zərbə planı hazırladı – Hücum nə vaxt olacaq?

User 04 Noyabr 2026 - 12:27
Hörmüz boğazında 4 ölkəyə güzəşt – İran Çin və Hindistandan pul alır, Qətərdən yox hormuz
  • Dünya

Hörmüz boğazında 4 ölkəyə güzəşt – İran Çin və Hindistandan pul alır, Qətərdən yox

User 04 Noyabr 2026 - 12:16
2027-ci ildə təhsilə 5,1 milyard manat ayrılır – Məktəblərə və universitetlərə nə qədər vəsait gedəcək? tehsil
  • Sosial

2027-ci ildə təhsilə 5,1 milyard manat ayrılır – Məktəblərə və universitetlərə nə qədər vəsait gedəcək?

User 04 Noyabr 2026 - 11:30
Ölkənin müdafiəsinə 8,8 milyard manat ayrılır – 4 milyard hansı məqsədə xərclənəcək? veteran pulu
  • Baş Yazı

Ölkənin müdafiəsinə 8,8 milyard manat ayrılır – 4 milyard hansı məqsədə xərclənəcək?

User 04 Noyabr 2026 - 11:21
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.