Lənkəranda partlayış baş verib-Ölən və yaralanan var

Lənkəranda baş verən partlayış nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Hadisə rayonun Liman şəhəri ərazisində təkərlərin təmiri sexində qeydə alınıb.

Qaynaqçı, şəhər sakini, 1981-ci il təvəllüdlü Anar Ağamusa oğlu Ağakişiyev yük maşınının təkərini təmir edən zaman ehtiyatsızlıq nəticəsində güclü partlayış baş verib.

Anar Ağakişiyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

A.Ağakişiyevin köməkçisi, 1979-cu il təvəllüdlü Eldəniz Malik oğlu Şükürov isə hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.(APA)

Hazırda reanimasiya şöbəsində müalicə alan E.Şükürovun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirusdan sağalan Baş Nazir Conson:

Sonrakı məqalə

Nyu-York qubernatoru koronavirusa yoluxma hallarının azaldığını bildirib