Koronavirusdan sağalan Baş Nazir Conson:“Bəxtim gətirdi...”

Britaniyanın Baş naziri Boris Conson xəstəxanada olduğu müddətdə “gözlənilməz hallar üçün planlar” hazırlandığını bildirib.

Bazar günü “Sun” qəzetində dərc olunmuş müsahibəsində Baş nazir deyib ki, xəstəxanada koronavirusdan müalicə olunduğu günlərdə həyatını xilas etmək üçün ona “litrlərlə oksigen” verilib.

O qeyd edib ki, Londonun “ Müqəddəs Tomas” xəstəxanasında keçirdiyi bir həftə onda digər insanları əzablardan qurtarmaq, həm də Britaniyanı “ayaq üstə vəziyyətinə qaytarmaq” istəyi formalaşdırıb.

Bundan əvvəl Baş nazirin nişanlısı Cari Simonds onların bir neçə gün əvvəl doğulmuş oğlan uşağına Vilfred Lavrie Nikolas Johnson adının verildiyini açıqlayıb.

Qəzetə verdiyi müsahibəsində Baş nazir monitorlara necə qoşulduğunu və”göstəricilərin əks istiqamətdə necə hərəkət etdiyini” təsvir edib: “Bu çətin bir an idi, mən bunu danmıram” – deyən Boris Conson əlavə edib ki, o zaman özünə dəfələrlə bu sualı verib, – “Görəsən, bu vəziyyətdən necə çıxacağam?”

Boris Consonda koronavirus diaqnozu martın 26-da aşkar edilib və 10 gündən sonra o, xəstəxanaya yerləşdirilib. Ertəsi gün isə onu reanimasiyaya şöbəsinə keçiriblər: “Bir neçə gün ərzində mənim sağlamlığımın bu dərəcədə pisləşdiyinə inanmaq çətin idi” – Baş nazir Sun qəzetinə müsahibəsində deyib. – “Həkimlər hər cür vəziyyətə hazır idilər”.

Boris Consonun sözlərinə görə, onun sağalması “möcüzəli qayğının” nəticəsində mümükün olub. O deyib ki, bir çox başqalarının hələ də əziyyət çəkdiyini nəzərə alaraq, özünü “bəxti gətirdiyi” kimi hiss edir: “Məndən soruşsanız, digər insanların əzablarını dayandırmaq istəyimi məni istiqamətləndirir? Bəli, bu tamamilə belədir. Lakin mən ölkəmizi bütövlükdə ayağa qaldırmaq, yenidən sağlam olmaq, bacardığımız qədər irəli getmək kimi qarşısıalınmaz arzu ilə hərəkət edirəm və əminəm ki, biz buna nail olacağıq”, – Baş nazir deyib.

Britaniyada koronavirusdan qeydə alınmış ölüm hallarının sayı ötən gün 621 nəfər artaraq ümumilikdə 28 131 nəfərə çatıb. Bu arada, İngiltərə səhiyyəsinin baş rəsmisinin müavini doktor Cenni Harries bildirib ki, son bir həftə ərzində virusun xəstəxanalarında müalicə olunan insanların sayı 13% azalıb.

Baş nazir Boris Conson ötən bazar günündən etibarən yenidən hökumətə rəhbərlik edir. (BBC)

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclis Aparatının Analitik informasiya şöbəsi ləğv edilib

Sonrakı məqalə

Lənkəranda partlayış baş verib-