Lənkəranda yeniyetməni vuran sürücü hadisə yerindən qaçıb

qeza

Lənkəranda yeniyetməni avtomobil vurub.

Hadisə rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb.

2008-ci il təvəllüdlü Məhərrəməli Anar oğlu Dadaşovu avtomobil vurub. Yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən naməlum sürücü “QazEL” markalı yük avtomobili idarə edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir