“Laboratory of Art” platforması Qələbəyə həsr etdiyi videoçarxı təqdim edib –

VİDEO
21 Yanvar 2021 - 17:06

“Laboratory of Art” incəsənət platformasının üzvləri maraqlı təşəbbüslə çıxış ediblər.

Onların videoçarx formasında hazırladıqları şeir deklamasiyası sosial şəbəkələrdə maraqla qarşılanıb.  “Laboratory of Art” sosial platformasının rəhbəri, qeyd olunan çarxın ideya müəllifi Fərid Nasibzadə bildirib ki, layihə  Qarabağ zəfəri ilə bağlı xalqımıza hədiyyədir.

“Bu videoçarxı hazırlamaqda məqsədimiz  Çingiz Mustafayevin, Mübariz İbrahimovun, Polad Həşimovun timsalında şəhidlərimizi, igidlərimizi anmaq, ana vətən Azərbaycanımızın səsini türk dünyasına, dost ölkələrə çatdırmaqdır”.

Platforma gələcəkdə də vətənimizi tərənnüm edəcək mövzularda vidoeçarxlar hazırlamaq niyyətindədir.  “Azərbaycandır bura” layihəsinin ideya müəllifi Fərid Nəsibzadə, şeirin müəllifi Sevinc İbrahim Nurdur.

Videoçarxın rejissoru Kərim Rəimov, səs aranjmanı Namiq Zeynalovdur. Şeir qiraətçilər Məryəm Rövşən, Zeynəb Axundova, Əli Rövşən və layihənin rəhbəri Fərid Nəsibzadənin ifasında səsləndirilib.

Həmin videonu Sizə təqdim edirik: