“Laçın dəhlizi ilə bağlı məsələ 6-cı bənd əsasında həll olunmalıdır” –RUSİYA XİN

“Laçın dəhlizi ətrafında məsələ 2020-ci il 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya liderlərinin qəbul etdiyi üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən həll olunmalıdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin informasiya və çap departamentinin direktor müavini İvan Neçayev deyib.

“Üçtərəfli bəyanatın 6-cı bəndində tərəflərin razılığı ilə yaxın 3 il ərzində Laçın dəhlizindən Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və sonradan rusiyalı sülhməramlı kontingentin yolun mühafizəsi üçün yenidən dislokasiya ediləcəyi yeni marşrut xəttinin çəkilməsi nəzərdə tutulub”, – o bildirib.

İvan Neçayev Rusiyanın regionda situasiyanı diqqətlə izlədiyin də əlavə edib.

Əvvəlki məqalə

Sabah ölkənin bəzi yerlərində 40 dərəcə isti olacaq

Sonrakı məqalə

Latviya Seymi Rusiyanı terrorizmin sponsoru kimi tanıdı