Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Laçında inşa olunacaq kanat yolu ilə bağlı AÇIQLAMA

Orkhan Ali 29 May 2025 - 14:10 (Last updated: 29 May 2025 - 13:57)
Kanat

Kanat

Laçında inşa olunacaq kanat yolunun saatda 800 sərnişinə xidmət etməsi nəzərdə tutulub.

Bunu Prezidentin izi ilə Laçına təşkil olunmuş mediatur çərçivəsində “Report”un Laçına ezam edilmiş əməkdaşına açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) mətbuat katibi Tural Orucov deyib.

Onun sözlərinə görə, kanat yolunun inşası zamanı rayonun təbiəti və xüsusilə relyefi nəzərə alınıb:

“Laçında inşa ediləcək kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Bu məqsədlə yaradılan Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq. Rayona turist cəlb etmək baxımından bu layihə ideal hesab edilir. Kanat yolunun inşası zamanı rayonun təbiəti və xüsusilə relyefi nəzərə alınıb.

Layihəyə əsasən, kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq. Ümumilikdə 17 kabinədən ibarət olacaq kanat yolunun hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Kanat yolunun yerləşdiyi və uzunluğu 2 kilometrə yaxın olan Bulvar ərazisi bu gün həm yerli sakinlərin, həm də turistlərin sevimli məkanlarından biridir.

İşğaldan azad olunduqdan sonra qısa zamanda bərpa edilən Laçında sosial-infrastruktur layihələrlə yanaşı, rayonun turizm infrastrukturuna da xüsusi diqqət yetirilir”.

AzPost.az

Post navigation

Previous: Məmurun oğlu maşınla uşağı vurub öldürdü
Next: Sumqayıtda sakinlər gecə aparılan tikinti işlərindən narazıdır

Oxşar xəbərlər

sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23

xƏBƏR

mehriban teatr01
  • Mədəniyyət

Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

User 02 Noyabr 2026 - 00:28
Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi”...
Read more about Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir tramp netanyahu
  • Dünya

Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir

User 01 Noyabr 2026 - 23:02
Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46
İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP Tramp
  • Dünya

İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP

User 01 Noyabr 2026 - 21:28
Ağacların yarpaqları payızda niyə qızarır? payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.