Lalə Şövkət sabah əməliyyat olunacaq

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət sabah əməliyyat olunacaq.

Bu barədə APA-ya açıqlamasında Lalə Şövkətin oğlu Sidqi Şövkət bildirib. L.Şövkətin sözlərinə görə, hazırda anasının vəziyyəti normaldır, xəstəxanada həkim nəzarətindədir: “Uzun illərdir,Lalə xanımın yoğun bağırsağında şiş var. Sadəcə, hər il şiş temperaturunun qalxmasına səbəb olurdu, müalicə edilirdi. Bu il də 4 ay həmin şiş Lalə xanımın temperaturunun qalxmasına səbəb oldu. Həkimlər və cərrahlar şişin mütləq əməliyyatla götürülməli olduğunu məsləhət gördülər. Lalə xanım sabah özəl klinikalardan birində əməliyyat olunacaq”.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir