Latviyanın Baş naziri Krişyanis Karinış Kiyevə rəsmi səfərə gəlib.
Azpost.info xəbər verir ki, Baş nazir bu barədə “Tviter”də məlumat verib və Kiyevdəki dəmiryol vağzalından foto paylaşıb.
“Mən Kiyevə Latviyanın Ukraynaya sarsılmaz dəstəyini təsdiqləmək üçün səfər edirəm”, – Karinış deyib.
O, həmçinin qeyd edib ki, Ukraynanın Rusiya ilə müharibədə qələbəsi azad Avropa üçün həlledicidir.
Azpost.info