Latviya Seymi ölkənin tanınmış cadugərini işə götürüb.
Azpost.info xəbər verir ki, özünü “ağ cadugər” adlandıran Sanita Petere bundan sonra “Sabitlik uğrunda!” partiyasından olan deputat Natalia Marçenko-Yodkonun köməkçisi olacaq.
Sanita Peterenin özünün dediyinə görə, deputata güclü olduğu sosial məsələləri anlamağa kömək edir. O əmindir ki, cadugərlər siyasətdə mühüm və faydalıdırlar.
Petere onu da qeyd edib ki, Latviyada siyasətə yaxın olan cadugərlər çoxdur.
Azpost.info