Latviyada 10 dövlətin NATO ilə birgə hərbi təlimləri başlanır

Bu gün Latviyada NATO bölmələrinin iştirakı ilə “Namejs 2022” hərbi təlimləri başlayır.

Azpost.info xəbər verir ki, təlimlər mayın 27-dək ölkənin bütün bölgələrində keçiriləcək. Təlimlərin məqsədi müdafiə problemlərinin həlli üçün milli və müttəfiq qüvvələrin inteqrasiyasını təkmilləşdirməkdir.

ABŞ, Çexiya, Polşa, Böyük Britaniya, Litva və Estoniyadan olan hərbi birləşmələr “Namejs 2022”nin birinci mərhələsində iştirak etmək üçün Latviyaya gələcəklər. Təlim tapşırıqlarını NATO-nun genişlənmiş döyüş qrupunun tərkibində Latviyada yerləşdirilən və on ölkəni (Albaniya, Çexiya, İtaliya, İslandiya, Monteneqro, Kanada, Polşa, Slovakiya, Sloveniya, İspaniya) təmsil edən bölmələr də yerinə yetirəcək. Bu ölkələr təlimlərdə yerüstü mexanikləşdirilmiş birləşmələr, artilleriya, aviasiya və hava-desant bölmələri, eləcə də operativ planlaşdırma və təchizat elementləri ilə təmsil olunacaqlar.

Təlimlərdə başqa ölkələrdən ümumilikdə 3 minə yaxın hərbçi iştirak edəcək.

Azpost.info

Əvvəlki məqalə

“O qədər döyüşməyə vaxtımız yoxdur…” –

Sonrakı məqalə

Kalın ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib