Lavrov:"Rusiya və Türkiyənin Suriya ilə bağlı memorandumu həyata keçirilir"

“Rusiya və Türkiyənin Suriya ilə bağlı memorandumu həyata keçirilir, iki ölkənin hərbi qüvvələri sıx əlaqədədir.”

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

“Bir daha vurğulamaq istəyirəm, Prezident Putin və Prezident Ərdoğan tərəfindən Soçidə əldə edilmiş memorandum həyata keçirilir. Hərbi qüvvələrimiz, Suriya Ərəb Respublikasının silahlı qüvvələri ilə əlaqəli şəkildə Suriya-Türkiyə sərhədindəki 30 kilometrlik zolaq üzərində işləyir ”, – deyə S. Lavrov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zakir Həsənov Türkiyənin yüksək səviyyəli hərbi nümayəndə heyəti ilə görüşüb

Sonrakı məqalə

“Bakı Metropoliteni” tələbələrin müraciətinə cavab verdi: