Lavrov ABŞ və onun müttəfiqlərini etibarsız tərəfdaş adlandırıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və onun müttəfiqlərini etibarsız tərəfdaş adlandırıb.

S. Lavrov bu barədə qazaxıstanlı həmkarı Muxtar Tleuberdi ilə birgə mətbuat konfransında bildirib.

“Dövlət üçün həyati əhəmiyyətli sahələrdə biz onların əhval-ruhiyyəsinə etibar edə bilmərik”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

Rusiyalı nazir Vaşinqtonun Moskva ilə proqnozlaşdırıla bilən münasibətlər qurmağa hazır olması ilə bağlı bəyanatlarının inandırıcı görünmədiyini də qeyd edib : “ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi sanksiyaların olacağına dair hansısa bəyanat verib. Lakin ABŞ Rusiya ilə proqnozlaşdırıla bilən və stabil münasibətlərdə maraqlıdır. Sözlər inandırıcı səslənmir, konkret addımları gözləyəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı, Sumqayıt və Abşeron üzrə aprel ayının pensiyaları ödənilib

Sonrakı məqalə

Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başlayıb –