Lavrov, Ceyhun Bayramov və Mirzoyan sülh müqaviləsini müzakirə edəcək

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun mayın 13-də rusiyalı həmkarı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanla üçtərəfli görüşü keçiriləcəyi gözlənilir.

Azpost.info bildirir ki, görüşün MDB XİN başçılarının Tackistanın paytaxtı Düşənbədə keçiriləcək iclası çərçivəsində baş tutması planlaşdırılır.

Görüşdə Azərbaycan və Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsi və demarkasiya ilə bağlı məsələlər müzakirə olunacaq.

Əvvəlki məqalə

“Qayıtdıq”” –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu